Ukraynadan Türkiyəyə təşəkkür MESAJI: "Ankara Ukraynaya əlavə dəstək verəcək və savaşa son qoymaq üçün..." (FOTO)

  • 01:47 - 08 Aprel

"Türkiyə Ukraynanın həqiqi və etibarlı tərəfdaşı olaraq qalır". 

Avropa.info xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba tvitter hesabında yazıb. O, Ukraynaya verdiyi dəstəyə görə, Türkiyəyə təşəkkür edib.

"Həmkarım və dostum Mövlud Çavuşoğlu Ankaranın Ukraynaya əlavə dəstək vermək öhdəliyini təsdiqlədi. Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün yorulmaz diplomatik səylərinə görə Türkiyə tərəfinə minnətdarıq", - deyə  Kuleba qeyd edib.

Image
Image
Image

Oxunma sayı: 9197

Oxşar yazılar