SON DƏQİQƏ! "Sülh sazişi masa üzərindədir, zəmanətçi ölkələrdən biri də Türkiyədir" - Çavuşoğlundan Ukrayna-Rusiya savaşı AÇIQLAMASI

  • 16:00 - 10 Mart

"Biz bu cür müharibələrdə qalibin olmayacağını bilirik. Uduzanlar günahsız mülki insanlar olacaq. Rusiya hücumları başlayandan sonra həll yolu tapmaq üçün iki ölkə arasında sıx təmaslarımız oldu".

Avropa.info xəbər verir ki, bunu Antaliyada keçirilən Ukrayna və Rusiya XİN rəhbərlərinin danışıqlarından sonra keçirdiyi mətbuat konfransında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. 

"Humanitar atəşkəs sahədə işləməlidir. Mən görüşdə humanitar dəhlizi vurğuladım. Tərəflər əsgərlərlə görüşəcəklərini bildiriblər. Hazırda Rusiya bu bölgələrə daxil olub. Koordinasiya olmasa, təxliyyə ediləcək mülki şəxslərin həyati təhlükəsi ola bilər. Bu görüşdən möcüzə gözləmək lazım deyil. Ancaq bu, vacib bir başlanğıcdır. Ukrayna tərəfi liderlərin görüşməsini tələb edib. Lavrov da dedi ki, heç bir maneə yoxdur. Hər iki həmkarıma dəvətimizi qəbul etdiklərinə və bizə güvəndikləri üçün təşəkkür edirəm.

Bu görüş asan olmadı. Müharibə davam edərkən, bütün çətinliklərə baxmayaraq, sivil bir görüş idi. Heç bir gərginlik anı yox idi. Hər iki tərəfin bütün tələblərini qəbul etməsi mümkün deyil. İstərdik ki, bu görüş davam etsin, qərar versələr, ev sahibliyi etməyə hazırıq.

Bu, siyasi səviyyədə ilk görüş idi. Heç kim bu görüşdə bütün problemlərin həll olunacağını gözləmirdi. İnanırıq ki, nəticə əldə olunacaq. Rusiya ilə Ukrayna arasında danışıqlar apardıqları çoxlu elementlər var. Və hərtərəfli sülh sazişi masa üzərindədir. Zəmanətçi ölkələrdən biri də Türkiyədir. Bunu bu gün Ukraynanın xarici işlər naziri Kuleba bir daha təsdiqləyib", - deyə Cavuşoğlu qeyd edib. 


Oxunma sayı: 6150

Oxşar yazılar