SON DƏQİQƏ: Türkiyənin vasitəçilik etdiyi TARİXİ GÖRÜŞ başa çatdı - Ukrayna və Rusiya XİN rəhbərlərindən AÇIQLAMALAR (YENİLƏNİB, CANLI YAYIM)

  • 13:53 - 10 Mart

Antaliyanın "Regnum Carya" otelində baş tutan görüş saat 13.50-də başa çatıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirirlər.

***

Cümə axşamı Antalyada Rusiya xarici işlər nazirləri Sergey Lavrov, Ukrayna Dmitri Kuleba və Türkiyə XİN rəhbərləri Mövlud Çavuşoğlunun üçtərəfli görüşü keçirilir. 

Avropa.info xəbər verir ki, “Regnum Carya” otelində keçirilən görüş yerli vaxtla saat 11.25-də başlayıb və Antalya Diplomatik Forumu ərəfəsində keçirilir. 

Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Rusiya və Ukraynaya vasitəçilik təklif edən Ankara həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlər saxlayır. 

Bu gün səhər saatlarında Çavuşoğlu Lavrov və Kuleba ilə ayrı-ayrılıqda görüşlər keçirib. 

Ukraynada son həftələrdə yaranmış vəziyyətdən çıxış yolları müzakirə edilib. 

Ankara dialoqun tərəfdarıdır və iki qonşu ölkə arasında vasitəçiliyə hazır olduğunu dəfələrlə bəyan edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva və Kiyevi dərhal atəşkəsə çağırıb. 

Rusiya-Ukrayna danışıqlarının üç raundu əvvəllər Belarusda baş tutub və bu, fikir ayrılıqlarının həllində ciddi irəliləyişə səbəb olmayıb. Sonuncu görüşün nəticəsi olaraq Ukraynanın bir sıra şəhərlərindən sakinlərin təxliyəsi üçün humanitar dəhlizlərin açılması qərara alınıb. 

BMT son iki həftə ərzində 2 milyondan çox insanın Ukraynanı tərk etdiyini bildirib.


Oxunma sayı: 8526

Oxşar yazılar