Zelenski Rusiya ilə danışıqlar üçün Bakını təklif etdi

  • 12:05 - 27 Fevral

Ukrayna prezidenti Vladimir Zelenski növbəti brifinqdə çıxış edib. O, belaruslara müraciət edərək, ölkənin “yenidən mehriban və təhlükəsiz olmasını” arzulayıb.

Zelenski Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu deyib: “Əgər bu ölkə döyüşlərdə iştirak etməsəydi, Kiyev Belarusda danışıqlara razı olardı”.

Ukrayna prezidenti qeyd edib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər: “Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və ya Ukraynaya raketlər atmayan hər hansı digər şəhər”.


Oxunma sayı: 7525

Oxşar yazılar