Rusiyanın SWIFT-dən ayrılması ilə bağlı qərar bir neçə gün ərzində veriləcək

  • 20:40 - 26 Fevral

Bir neçə gün ərzində Rusiyanın SWIFT-dən ayrılması barədə qərar veriləcəyi gözlənilir. Bu barədə xarici KİV-lər məlumat yayıb. 

“SWIFT sadəcə zaman məsələsidir, çox qısa zamandır, günlərdir”, - Reuters avrozonanın mərkəzi banklarından birinin adının açıqlanmayan rəhbərindən sitat gətirib.  

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Moskvaya tətbiq olunacaq sanksiyalar sırasında bu ölkənin SWIFT beynəlxalq maliyyə sistemindən uzaqlaşdırılması da müzakirə olunur, lakin bəzi Qərb ölkələrinin bu məsələyə bir qədər tərəddüdlə yanaşırlar. 

virtualaz.org


Oxunma sayı: 4610

Oxşar yazılar