Niderland Ukraynaya 200 “Stinger” göndərir

  • 19:50 - 26 Fevral

Niderland hökuməti ən qısa müddətdə Ukraynaya 200 “Stinger” zenit raketlərinin göndərilməsinə qərar verib.

Bu barədə Niderlandın xarici işlər və müdafiə nazirləri ölkə parlamentinə birgə məktub göndərib.

Ukraynaya hazırda Niderland ordusunun sərəncamında olan ABŞ istehsalı “Stinger”lər qarşılıqsız olaraq veriləcək.

Qeyd edək ki, “Stinger” yer-hava tipli raketlərdir və qarşı tərəfin təyyarə və helikopterlərinin məhv edilməsi üçün istifadə edilir.


Oxunma sayı: 3345

Oxşar yazılar