ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

  • 19:25 - 26 Fevral

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb.

Bu barədə ABŞ-ın Belarusdakı səfirliyi "Twitter" hesabında məlumat yayıb.

 

"Dövlət Departamenti ABŞ vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edir və Belarusdakı ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır" - deyə qeyd olunub.

Bildirilib ki, Minsk hava limanı vasitəsilə müəyyən beynəlxalq istiqamətlərdə ölkəni tərk etmək olar. Litva, Latviya və Polşa ilə quru sərhədləri açıqdır və adi rejimdə işləyir.

Səfirliyin saytında Amerika vətəndaşlarına müraciətdə isə qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumu səbəbindən regionda gərginlik artıb, vəziyyət gözlənilməzdir, hava limanının və quru sərhəd keçid məntəqələrinin fəaliyyəti əvvəlcədən xəbərdarlıq edilmədən dəyişə bilər.


Oxunma sayı: 4973

Oxşar yazılar