Moldova 25 min ukraynalı qaçqını qəbul edib

  • 16:05 - 26 Fevral

Moldova Ukraynadan 25 min qaçqın qəbul edib və sığınacaq verilməsi üçün 430 ərizə alıb.

Bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku özünün tviter səhifəsində yazıb. Onun sözlərinə görə, Moldovanın hakimiyyət orqanları qaçqınların yerləşdirilməsi və onlara lazımi dəstəyin göstərilməsi üçün əlindən gələni edir.

Qeyd edək ki, bir müddət öncə Moldova Ukrayna vətəndaşlarının ölkəyə girişini sadələşdirib və qaçqınlar üçün paylama məntəqələri qurub. Moldova hökumətinin qərarına əsasən, bundan sonra xarici pasportu olmayan Ukrayna vətəndaşları da daxili sənədlər əsasında sərhədi keçə biləcək.


Oxunma sayı: 2971

Oxşar yazılar