Azərbaycanın ərazi bütövlüyünü tanıyıb Qarabağ məsələsini dəfn edəcəklər - Mxitaryan

  • 17:51 - 05 Yanvar

"Hərbi-siyasi rəhbərlik müharibədən sonra heç bir dərs götürməyib, müdafiə sektorunun çöküşü, hakimiyyətin ordunun belini qırması davam edir”.

Avropa.info qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Könüllülər Hərəkatı” QHT-nin idarə heyətinin üzvü, ehtiyatda olan polkovnik Artaşes Mxitaryan bildirib.

"Yüksək rütbəli zabitlərin davranışına, münasibətinə gəlincə, deməliyəm ki, onlar dəvəquşu siyasəti aparırlar. Başlarını quma salıb deyirlər ki, sanki heç nə olmayıb, gündəlik çörək problemlərini həll edirlər və vətənin müdafiəsinə o qədər də maraq göstərmirlər. Hal-hazırda bilərik ki, bizim zabitlər, polkovniklər və generallar elə bir vəziyyətdədirlər, üzərlərinə düşən əsas funksiyalarını yerinə yetirə bilmirlər”, - o deyib.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, 2021-ci ildə keçmiş yüksək rütbəli müdafiə məmurlarının həbsi, hazırki hakimiyyətin "günah keçisi” axtarışının nəticəsidir.

Artaşes Mxitaryan onu da qeyd edib ki, hakimiyyətdəkilər bir tərəfdən ordunun belini qırırlar, digər tərəfdən isə ehtiyatda olanlara və azadlıq döyüşçülərinə bir çox hallarda həbslər, saxta cinayət işləri kimi təzyiqlər göstərməyə çalışırlar. 

"Hakimiyyət bu prosesləri bizi susdurmaq, mübarizəni dayandırmaq üçün edir, amma bu alınmayacaq, bizim vətəndən başqa itirəcəyimiz heç nə yoxdur”, - o vurğulayıb.

Artashes Mxitaryan qeyd edib: "Demarkasiya-delimitasiya prosesi nəticəsində biz daha çox itirəcəyik. Beləliklə, indiki hakimiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və nəhayət, Qarabağ məsələsini dəfn edəcəklər”.


Oxunma sayı: 4445

Oxşar yazılar