"Önəmli məsələ İlham Əliyevin uzatdığı sülh əlini tutmaqdır” - Hulisi Akar

  • 22:54 - 03 Yanvar

“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi - indiki hədəf budur”.

Avropa.info xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala cavab olaraq bildirib ki, bu, dalandır: "Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil oldu”.

“Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”, - deyə nazir bildirib.


Oxunma sayı: 4907

Oxşar yazılar