Yunaların Kıbrıs türklərinə qarşı törətdiyi barbarlıq: “Qanlı Milad” adlanan hücumdan 58 il ötür

  • 14:25 - 20 Dekabr

EOKA terror təşkilatı üzvlərinin Kıbrıs türklərinə qarşı tarixə “Qanlı Milad” adı ilə keçən silahlı hücumundan 58 il ötür. 

Avropa.info bildirir ki, 1963-cü il dekabrın 21-də baş verən hadisələr nəticəsində 364 nəfər şəhid olub, 103 türk kəndi tamamilə viran qalıb. 

Qeyd edək ki, bu hadisələr adanın türk və yunan icmaları arasında toqquşmaların başlanğıcı olub. 

Bundan əvvəl, 16 avqust 1960-cı ildə adada Kıbrıs türkləri ilə yunanların ortaqlığı əsasında faktiki olaraq Kipr Cümhuriyyəti yaradılmışdı. 

Yaradılan cümhuriyyətin konstitusiyasına görə, Kıbrıs türkləri ilə yunanların bərabər siyasi hüquq və statusa malik olmasına baxmayaraq, yunan tərəfi etnik türklərə təzyiq göstərir, onların dövlət qurumlarında işlə təmin olunmasına mane olur, hətta bu ölkədən qovmağa çalışırdı. 

Nəticədə Kıbrısın yunan icması Yunanıstana (enosis) birləşmək təşəbbüsü ilə çıxış etdi. 

Yunanlar Kıbrıs türklərini enosis məqsədlərinə əngəl kimi qəbul etdilər. 

Bu məqsədlə 21 dekabr 1963-cü ildə yunan quldur dəstələri adadakı türkləri məhv etmək məqsədi daşıyan Akritas adlı planı həyata keçirməyə başladılar. 

1963-cü il dekabrın 20-nə keçən gecə, 1963-cü il dekabrın 20-nə keçən gecə Lefkoşanın Taxtakale bölgəsində Kıbrıs türkləri Zeki Xəlil və Cemaliye Əmirəli öldürülüb. 

Yalnız Lefkoşada yunanların ilk hücumu zamanı 92 türk öldürüldü, daha 146 nəfər yaralandı. 

EOKA terror təşkilatının silahlıları ilk dəfə 23 dekabr 1963-cü ildə Lefkoşanın Ayvasıl kəndində Kıbrıs türklərinə qarşı genişmiqyaslı qırğını törədib. Nəticədə kənddə əsir götürülən 21 kıbrıslı türk öldürülərək kütləvi məzarlığa basdırılıb. 

Lefkoşanın Kumsal bölgəsində 24 dekabr 1963-cü ildə yunan quldur dəstələri Kıbrısda türk alayında həkim işləyən mayor Nihat İlhanın həyat yoldaşını və üç uşağını vəhşicəsinə qətlə yetirdilər. 

Mayorun həyat yoldaşı və uşaqlarının meyitləri evin hamamında tapılıb. Bu hadisə tarixə “Hamamda qırğın” kimi düşüb və qətlin törədildiyi ev sonradan barbarlıq muzeyinə çevrilib.


Oxunma sayı: 4555

Oxşar yazılar