Tokayev Qazaxıstanın səhiyyə nazirini vəzifəsindən azad edib

  • 10:49 - 20 Dekabr

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aleksey Tsoyu ölkənin səhiyyə naziri vəzifəsindən azad edib. 

Avropa.info xəbər verir ki, bu barədə rəsmi məlumat yayılıb.

“Dövlət başçısının sərəncamı ilə Aleksey Vladimiroviç Tsoy Qazaxıstan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib”, - deyə bildirilir. 

Qeyd edək ki, Tsoy 2020-ci il iyunun 25-dən bu vəzifədə çalışaraq, bu vəzifədə Yeljan Birtanovu əvəzləyib. 

Tokayev keçmiş səhiyyə nazirinə təşəkkür edib. 

"Prezident Kasım-Jomart Tokayev keçmiş səhiyyə naziri Aleksey Tsoya, xüsusilə Qazaxıstanda koronavirusun yayılmasına qarşı mübarizədə fəal fəaliyyətinə görə təşəkkür edib", - Prezidentin mətbuat katibi Berik Uali Facebook-da yazıb. 

Eks-nazir özü istefasının səbəbini mülki sektora keçmək qərarı ilə izah edib.


Oxunma sayı: 2883

Oxşar yazılar