"Tofiq Yaqubluya qarşı törədilən zorakılıq faktı dərhal araşdırılmalıdır" – Partiya sədri

  • 13:16 - 02 Dekabr

"Tofiq Yaqubluya qarşı törədilən zorakılıq faktı dərhal araşdırılmalı və bu cinayət əməlini törədənlər aşkara çıxarılaraq, məsuliyyətə cəlb olunmalıdır". 

Bu sözləri Avropa.info-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli  Müsavat Partiyasının fəalı T.Yaqublunun döyülməsinə münasibət bildirərkən deyib. 

Partiya sədrinin fikrinə görə, T.Yaqubluya münasibətdə törədilənlər cinayət əməlidir və bu əməli törədənlər kimliyindən asılı olmayaraq, məsuliyyətə cəlb olunmalıdır: "Ona görə də prokurorluq orqanları dərhal fakta görə cinayət işi başlamalı, ibtidai araşdırma prosesində cinayət törətmiş şəxslər müəyyən edilərək, məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır".


Oxunma sayı: 3202

Oxşar yazılar