Dünyanı sarsıdacaq KƏŞFİYYAT HESABATI: 2022-ci ilin dekabrında üçüncü Dünya müharibəsi başlayacaq - SENSASİON DETALLAR

  • 15:06 - 23 Noyabr

Ukrayna kəşfiyyatının hazırladığı hesabatda Rusiyanın növbəti ilin yanvar ayında 100 min əsgərlə Ukraynaya girməyə hazırlaşdığı və bu addımın 3-cü Dünya Müharibəsinə səbəb olacağı iddia edilib.

Avropa.info xəbər verir ki, Ukrayna kəşfiyyatı sözügedən məlumatın Amerika kəşfiyyatı ilə də paylaşıldığını və amerikalıların bu tezisi dəstəklədiyini açıqlayıb.
  
Ukrayna iddia edir ki, Rusiya onların ölkəsinə təcavüz etməyi planlayır. Ukrayna kəşfiyyatının hesabatında diqqəti çəkən başqa bir məqam Putinin hazırlıqları diqqətlə izləməsidir. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin müharibə hazırlıqlarını diqqətlə nəzərdən keçirir.

Foto - Ukraynalılar, Rusya'nın ülkelerini işgal planı içerisinde olduğunu belirtiyor.

Ukraynalılar iddia edilən hücumun təfərrüatlarını da paylaşıblar. Kəşfiyyatın hesabatına görə, Ukraynaya hücumda 3500 desantdan istifadə olunacaq. Ukrayna kəşfiyyatına rəhbərlik edən  generalı Krill Budanov da mövzu ilə bağlı açıqlama verərək, tədbir görməyə başladıqlarını bildirib.

Foto -

General Budanov    
 

"Ruslar ilkin hazırlıq görüblər. Ukraynalılar da ediləcək hücumun təfərrüatlarını bölüşüblər. Kəşfiyyatın hesabatına görə, Ukraynaya hücumda 3500 desantdan istifadə olunacaq. Ölkədə vəziyyəti daha da pisləşdirərək təhlükəli və çətin vəziyyət yaratmaq istəyirlər. Bizi elə bir vəziyyətə salmağı hədəfləyirlər ki, bizdə Ukraynada hökumət dəyişikliyi olsun", - deyə Budanov qeyd edib. 

Avropa.info


Oxunma sayı: 7294

Oxşar yazılar