Araik Arutyunyana sui-qəsd edildi

  • 17:06 - 08 Oktyabr

Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyana sui-qəsd olub.

Avropa.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə Karen Andriyan yazıb.

Erməni jurnalistin iddialarına görə, Arutyunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutyunyan avtomobilindən düşərkən ona silahlı hücum edilib. Nəticə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.

Hələlik Arutyunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

"Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir", - deyə Karen Andriyan bildirib.


Oxunma sayı: 1882

Oxşar yazılar