ÜST: “Pandemiyanın vaksinasiya ilə bitəcəyinə şübhə edirik”

  • 10:31 - 13 Sentyabr

Dünya ölkələrində koronavirusa yoluxma sayının artmasının bir nömrəli səbəbkarı olaraq göstərilən “Delta” variantı Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir.

Avropa.info xəbər verir ki, bu barədə qurumun Avropa bölməsinin rəhbəri Hans Klüge məlumat verib.

O, əvvəlcə qlobal miqyasda vaksinasiyanın 70% səviyyəsinə çatdığı halda pandemiyanın başa çatacağını düşündüklərini, lakin artıq fikirlərini dəyişərək buna şübhə etdiklərini bildirib.

Klügenin sözlərinə görə, hazırda təşkilat peyvəndin əlavə dozaları barədə müzakirələr aparır.


Oxunma sayı: 2652

Oxşar yazılar