Rusiyada təyyarə qəzasında ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB

  • 00:29 - 13 Sentyabr

Rusiyada göyərtəsində 16 nəfərin olduğu L-410 sərnişin təyyarəsi sərt eniş edib.

Hadisə İrkutsk əyalətində olub.

Kazaçinsk yaşayış məntəqəsində 14 sərnişinin və 2 heyət üzvünün olduğu təyyarınin sərt eniş etməsi nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata görə, təyyarə eniş zamanı parçalanıb. Bir neçə nəfər salondan çıxmağa müvəffəq olub.

***

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə TASS-a operativ qərargahdan məlumat verilib. Bildirilib ki, “iki sərnişin və ik pilot ölüb”.

Qalan 12 nəfər xəsarət alıb, sərnişinlərdən birinin vəziyyəti çox ağırdır. Onlardan ikisi təyyarənin içərisində sıxılmış vəziyyətdə qalıb, onların çıxarılması üçün işlər görülür.


Oxunma sayı: 2982

Oxşar yazılar