Hulusi Akar: “Rusiyadan İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl etməsini gözləyirik”

  • 22:13 - 11 Sentyabr

“Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik.” 

Bunu Hatayda səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. 

H.Akar İdlibə hücum nəticəsində Türkiyə ordusunun həlak olan iki əsgəri ilə bağlı da mövqeyini bildirib: “Dostlarımız xain, alçaq hücum nəticəsində şəhid oldular. Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq”. 

Qeyd edək ki, bu gün H.Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi General Yaşar Güler və Quru Qoşunları Komandanı General Musa Avseverlə birgə Hataya gedərək Suriya ilə sərhəd xəttindəki birlik komandirləri ilə görüş keçirib. (apa)

 


Oxunma sayı: 6403

Oxşar yazılar