Pakistanda partlayış baş verib - Ölənlər və yaralananlar var

  • 17:57 - 05 Sentyabr

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış azı dörd nəfərin həyatına son qoyub.

Avropa.info xəbər verir ki, partlayış nəticəsində 20 nəfər yaralanıb. Polis hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.


Oxunma sayı: 2938

Oxşar yazılar