Myanmada üsyançılarla döyüşlərdə 23 hərbçi öldürülüb

  • 15:15 - 05 Sentyabr

Myanma ordusunun azı 23 hərbi qulluqçusu Çinlə sərhəddəki Milli Demokratik İttifaqının Ordusu (MNDAA) ilə toqquşmalarda öldürülüb.

Bu barədə MNDAA-nın nümayəndəsinə istinadən “The Hindu” saytı bildirib.

Toqquşmalar Şan ştatının Monqko rayonunda olub.

Qeyd edilir ki, Myanma ordusunun hərbi qulluqçuları bazanı etnik silahlı qruplaşmadan geri almağa cəhd göstəriblər. "Onlar (hərbçilər-red) bazamızı tutmağa gəldilər. Biz onlara zərbə endirdik", - qruplaşmanın nümayəndəsi deyib.

Onun sözlərinə görə, avqustun 28-də Myanmanın Hərbi Qüvvələrinin 15 hərbçisi öldürülüb, sentyabrın 1-dən sonra isə daha 8 hərbçi üsyançılarla döyüşlərdə həlak olub.

Həlak olanlar arasında MNDAA silahlıları da var.(report)


Oxunma sayı: 2828

Oxşar yazılar