AK Partiyadan Ermənistana sərt xəbərdarlıq: "Səni təcavüzkar siyasətə təşviq edənlər yanında durmayacaq.."

  • 00:49 - 26 İyul

“Ermənistan tərəfindən Kəlbəcərə həyata keçirilən hücumda bir Azərbaycan əsgəri şəhid oldu. Bu hücumu şiddətlə qınayırıq. Ermənistan təcavüzkar siyasətinə davam edir. Bu, bölgə sülhü üçün təhdiddir. Bu təcavüzkar siyasətə Ermənistan qədər Ermənistanı cəsarətləndirənlər də məsuliyyət daşıyır”.

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik rəsmi sosial media hesabında yazıb.

O qeyd edib ki, Ermənistan bu təcavüzkar siyasətlə heç nə əldə edə bilməz:

“Ermənistan onu təşviq edənlərə aldanmasın. Bu hücumlara təşviq edənlər Ermənistana lazım olan cavab verildiyi zaman yanında durmayacaqlar”.

Çelik bildirib ki, Ermənistan bu siyasətlə özünü daha çətin vəziyyətə salacaq:

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan region ölkələri ilə qurulacaq mexanizmin vacibliyinə diqqət çəkdi. Ermənistanın təcavüzkarlıqdan əl çəkəcəyi təqdirdə bu mexanizmə daxil olmasının vacibliyini vurğuladı. Ermənistan bu tarixi fürsəti əldən verməməlidir.

Ermənistan Prezidentimiz Rəcəb Tayyib rdoğan və Azərbaycan Prezidenti cənab Əliyevin mesajlarını yaxşı başa düşməlidir. Əks halda, yeni problemlərlə üzləşəcək. Ermənistanın regiondakı sülhü təhlükəyə atmasına icazə verilməyəcək”.


Oxunma sayı: 8460

Oxşar yazılar