Bayden avqustun 30-u Zelenskini qəbul edəcək

  • 23:15 - 21 İyul

ABŞ Prezidenti Cozef Bayden avqustun 30-u Vaşinqtonda Ukraynalı həmkarı Vladimir Zelenskini qəbul edəcək.

Bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

C.Psaki bildirib: "Prezident Cozef bayden Ukrayna Prezidenti Vladimir Zelenskini avqustun 30-u Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyir".

Mətbuat katibi həmçinin qeyd edib ki, Ukrayna liderinin ABŞ-a səfəri "enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığımızı və V.Zelenskinin korrupsiyaya qarşı mübarizə və islahatların həyata keçirilməsi üzrə səylərinə dəstəyimizi" təsdiqləyəcək.(trend) 


Oxunma sayı: 2355

Oxşar yazılar