Daşkəsəndə qadın əri tərəfindən bıçaqlanıb

  • 14:14 - 27 İyun

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, 1970-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Hüseyn qızı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

  •  

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı Zamin Məhhərəmov tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır


Oxunma sayı: 3983

Oxşar yazılar