Rayon sakinindən 20 kilodan çox narkotik aşkarlandı - FOTO

  • 12:47 - 26 İyun

Sabirabadda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ramin Əhmədov saxlanılıb.

Polis əməkdaşlarının ona məxsus şəhər ərazisində yerləşən fərdi yaşayış evinə keçirdiyi baxış zamanı həyətyanı sahədən yaş çəkisi 13 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 17 ədəd çətənə bitkisi, evdən və həyətində yerləşən tikilidən isə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 11 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Ramin Əhmədov

 


Oxunma sayı: 3444

Oxşar yazılar