İstanbulda azərbaycanlı güllələndi - VİDEO

  • 11:59 - 24 İyun

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.

Avropa.info xəbər verir ki, hadisə İstanbulun Küçükçekmece rayonunda baş verib. 

İki naməlum şəxs gecə saatlarında motosikletlə işıqforlarda dayanan avtomobilə atəş açıb. Atəş nəticəsində avtomobildə olan sürücü ağır yaralanıb, yanındakı qadın sərnişin xilas ola bilib. 

Polis hadisədən sonra qaçan motosikletli iki nəfəri ələ keçirmək üçün əməliyyata başlayıb.

Hadisə gecə yerli vaxtla 22.00 radələrində baş verib. İddialara görə, dövlət nömrə nişanı alına bilməyən motosikllə gələn iki nəfər, adı məlum olmayan bir Azərbaycan vətəndaşına atəş açıblar. Silah səslərini eşidən vətəndaşlar polisə və təcili tibbi yardıma xəbər veriblər. Hadisə yerinə gələn həkim qrupları ağır yaralanan sürücüyə ilk tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya aparıblar. 


Oxunma sayı: 4258

Oxşar yazılar