Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqəyə start verilir!

  • 13:45 - 10 İyun

Məktəblilər arasında proqramlaşdırma üzrə “Azercell Cup” müsabiqəsi elan edilir.

Təhsil Nazirliyindən Avropa.info-ya bildirilib ki, müsabiqənin təşkilində məqsəd məktəblilərin rəqəmsal dünya, informatika elmi, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılmasıdır. Müvafiq sahələr üzrə məntiqi təfəkkürünün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil edilən bu müsabiqədə V-VII sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqəyə qeydiyyat iyunun 10-dan 20-dək davam edəcək.

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ iyunun 27-də onlayn formatda keçiriləcək. Final mərhələsinin növbəti tədris ilinin əvvəlində təşkili nəzərdə tutulur. Yekunda qalib məktəblilər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət ediləcək.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Qeyd edilən müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrindən ümumilikdə 25 medal qazanıblar.


Oxunma sayı: 1915

Oxşar yazılar