Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO

  • 21:37 - 17 May

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

Avropa.info bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə vəzifəsindən azad olunub.

O, Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinin icrası isə rəis müavini Həsrət Şabiliyə həvalə olunub.


Oxunma sayı: 3422

Oxşar yazılar