Pakistanda iki qatar toqquşdu: 36 ölü, 60-dan çox yaralı - VİDEO

  • 10:19 - 07 İyun

Pakistanda iki qatarın toqquşması nəticəsində 36 nəfər həlak olub.

bu barədə "Associated Press" agentliyi yerli polis və xilasetmə briqadalarına istinadən bildirib.

Məlumata əsasən, hadisə Sind vilayətinin Qotki şəhərində baş verib. Qatarlardan biri relsdən çıxıb və ikinci sərnişin qatarının üstünə çırpılıb.

Qəzada 60-dan çox insan yaralanıb.

Qəzanın Sind əyalətinin Qotka şəhəri yaxınlığındakı dəmiryolu stansiyaları arasında baş verdiyi qeyd olunur.

Toqquşma nəticəsində 14 vaqon relslərin kənarına aşıb, 6-8 vaqon tamamilə yararsız hala düşüb.

Polis, hərbçilər və xilasedicilər hadisə yerinə cəlb olunub. Hazırda qatarların hərəkəti dayandırılıb.


Oxunma sayı: 2839

Oxşar yazılar