Dünya bu görüntüdən danışır: Tramp səhnəyə belə çıxdı - FOTO

  • 17:28 - 07 İyun

Dörd illik prezidentliyi dövründə etdiyi demək olar ki, hər açıqlaması ilə gündəmə gəlməyi bacaran Donald Tramp hərkətləri ilə yeni bir mübahisəni alovlandırıb. 

Avropa.info xəbər verir ki, aylar sonra kameralar qarşısına keçən eks-prezident "şalvarını tərs geyindi" iddiası ilə gündəmə gəlib. 

Şimali Karolinada Respublikaçılar Partiyasının mitinqinə qatılan Trampın şalvarındakı qəribəlik diqqətdən yayınmayıb. 

Fermuarın şalvarda görünmədiyini görən onlarla insan bu fotonu sosial mediada paylaşıb.  

Bu görüntülər şalvarlarını tərs geyinməklə məşhurlaşan 90-cı illərin hip-hop dueti Kriss Krossu yenidən gündəmə gətirib. Bir çox sosial şəbəkə istifadəçisi Trampı Kriss Krossa bənzədib.

İngiltrərin "Daily Mail" qəzetindəki xəbərə görə, bu görüntünün səbəbi də Trampın elastik "pull-up" şalvarında olması ilə əlaqəli ola bilər. 

Şalvar müzakirələri ilə gündəmə gələn Tramp, bu çıxışında ona da məsləhət verən yoluxucu xəstəliklər mütəxəssisi Anthony Faucini hədəf alıb. 

Tramp Faucinin pandemiyaya yanaşmasını tənqid edərək, deyib ki, Fauci əla həkim deyil, amma əla marketoloqdur: "Virus və Uhan labaratoriyası da daxil olmaqla, demək olar ki, hər şeydə səhv idi". 

Tramp tez-tez virusun Çindəki bir laboratoriyadan sızdığını bildirir və Çinin ABŞ-a təzminat ödəməli olduğunu vurğulayır. Bu iddianı, xüsusən prezidentliyinin son dövründə tez-tez səsləndirən Tramp, virusa görəölümlərdə Çini günahlandırır. 

Trampın prezidentliyi dövründə ABŞ-da yüz minlərlə insan COVID-19 səbəbiylə ölüb. Bu müddətdə Tramp da virusa yoluxub, bir müddət xəstəxanada müalicə almışdı.


Oxunma sayı: 3686

Oxşar yazılar