Türkiyədə bir gündə 96 nəfər koronavirusdan ölüb

  • 23:38 - 06 İyun

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 96 nəfər həyatını itirib.  

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 204 827 nəfər test edilib, onların 5386-nın koronavirus testi pozitiv nəticə verib, 6003 nəfər sağalıb, 1096 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 164 nəfər ölüb.

Türkiyədə indiyədək 5 287 980 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 160 774 nəfəri müalicə olunaraq evə buraxılıb.


Oxunma sayı: 3026

Oxşar yazılar