Burkina Fasoda hücum zamanı öldürülənlərin sayı 160 nəfərə çatdı

  • 21:05 - 06 İyun

İyunun 5-ə keçən gecə Burkina Fasonun şimal-şərqindəki Solhan kəndinə silahlıların hücumu nəticəsində həlak olan dinc sakinlərinin sayı 160 nəfərə çatıb.

Bu barədə bazar günü yerli hakimiyyətə istinadən “Agence France-Presse” (AFP) bildirib.

"Ötən gün biz təxminən 20 uşaq daxil olmaqla, üç qardaş qəbiristanlığında 160 insanı dəfn etdik", - müsahib agentliyə bildirib. Daha əvvəl AFP 138 nəfərin həlak olması haqqında məlumat yayıb.

Burkina Fasonun bu hissəsində 2015-ci ildən silahlıların hücumu zamanı əhalinin arasında bu qədər böyük sayda insan qurbanları olmayıb. Ölkə hökuməti faciə ilə əlaqədar üçgünlük milli matəm elan edib.(report) 


Oxunma sayı: 3664

Oxşar yazılar