Torpaqlarımızın azad olunması iqtisadi potensialımızı daha da artıracaq

  • 11:08 - 26 May

“44 günlük müharibədə əldə etdiyimiz qələbə həm də Azərbaycan iqtisadiyyatının inkişafına ciddi şəkildə təsir edəcək”. 

Avropa.info xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Hacı Ələsgərov deyib. 

O, bildirib ki, Qarabağ bölgəsi Azərbaycanın ən məhsuldar, bərəkətli torpaqları hesab olunur: 

“Qarabağ ərazisində qızıl və müxtəlif faydalı qazıntı yataqları var. Eyni zamanda burada əkinçilik və maldarlıq üçün əlverişli imkanlar mövcuddur. Bir faktı nəzərinizə çatdırım ki, Ermənistan işğal dönəmində illik ümumilikdə 190 min ton taxıl istehsal edirdi ki, bunun da 90 min tonu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin payına düşürdü. Bu fakt onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın təkcə aqrar sektorunun inkişafına necə təsir edəcək. Eyni zamanda sənaye və turizm sahəsində ciddi perspektiv imkanları var. Bütün bunlar onu deməyə əsas verir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi iqtisadi potensialımızı daha da artıracaq...”


Oxunma sayı: 4610

Oxşar yazılar