Fələstin 44 günlük Vətən Müharibəsi zamanı erməniləri dəstəkləyib yalanı : Fələstinin Azərbaycana zəfər təbriki bəyanatı üzə çıxdı

  • 01:49 - 12 May

İsrail polisinin beynəlxalq hüquqla Fələstinə məxsus olan Şərqi Qüdsdəki Məscidül-Əqsaya hücumundan sonra yaşanan İsrail-Fələstin qarşıdurması Azərbaycan cəmiyyətində müxtəlif fikirliliyə səbəb olub. 

Avropa.info xəbər verir ki, İsrailin müdafiəçiləri Fələstinin 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanı müdafiə etdiyini iddia edirlər. 

Lakin, faktlar bunun əksini deyir. Azərbaycan mediasında dərc olunmasa da, Fələstin parlamentində ən böyük deputat qrupuna sahib Həmas Hərəkatı 2020-ci ilin 10 noyabr tarixində Azərbaycanı Qarabağdakı Zəfəri münasibəti ilə təbrik edib. Həmin bəyanat Türkiyənin dövlət mediası olan Anadolu Agentliyində yayılıb.

Həmas sözçüsü Əbu Zuhrinin yaydığı bəyanatda deyilir: "Azərbaycanın döyüşərək əldə etdiyi zəfəri və torpaqlarını geri almasını təbrik edirik. Bu bütün işğalların məntiqi sonluğudur. Azərbaycan xalqının istiqrar və rifaha qovuşmasına ümid edirik. Türkiyənin Azərbaycanın haqlı mücadiləsində arxasında durmasını təqdir edirik." 

Həmasın yaydığı həmin bəyanatın linkini təqdim edirik.

https://www.aa.com.tr/tr/dunya/hamas-azerbaycani-daglik-karabagda-varilan-anlasma-dolayisiyla-tebrik-etti/2038764

https://www.yeniakit.com.tr/haber/-hamas-azerbaycani-daglik-karabagda-varilan-anlasma-dolayisiyla-tebrik-etti-1441927.html


Oxunma sayı: 86450

Oxşar yazılar