Azərbaycanda daha 608 nəfər koronavirusa yoluxub - 5 nəfər vəfat edib

  • 17:12 - 11 Mart

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238383 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 230244 nəfər müalicə olunaraq sağalıb, 3262 nəfər vəfat edib, aktiv xəstə sayı 4877 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, ötən müddət ərzində isə ümumilikdə 2 682 116  test aparılıb.

 


Oxunma sayı: 2223

Oxşar yazılar