Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı – FOTO

  • 16:38 - 11 Fevral

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avropa.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib. Hazırda 2 360 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 315, bu günə qədər isə ümumilikdə 2 478 223 test icra olunub.


Oxunma sayı: 2938

Oxşar yazılar