Tanınmış jurnalistin Qubadlıda yaşadığı evi ermənilər bu hala salıb – VİDEO

  • 13:12 - 11 Fevral

Tanınmış jurnalist, Avropa.info xəbər portalının baş redaktoru Rəsul Mirhəşimlinin Qubadlıda yaşadığı evi ermənilər dağıdıb.

Avropa.info xəbər verir ki, həmin evin görüntülərini Qubadlı rayonuna səfər etmiş rayon sakinləri göndəriblər.

Jurnalistin Qubadlı şəhəri, Əziz Quliyev küçəsində rayonun işğalına qədər yaşadığı evdən, demək olar ki, əsər-əlamət qalmayıb.

Həmin görüntülər barədə danışan Rəsul Mirhəşimli bu evdə 1973-cü ildən 1993-cü ilin avqustun 31-dək yaşadıqlarını deyib:

"Mənim beş yaşım olanda kənddən rayon mərkəzinə köçmüşdük. Birinci sinfə getdiyim, ali məktəbin qəbul imtahanına, əsgərliyə yola salındığım ev... Bu evdə ilk dəfə ata olmağın sevincini yaşamışam. Bu evdə oğlum ilk və kövrək addımlarını atıb...

Bu evin hər daşında, həyətimizin hər qarışında ata-anamın əməyi, alın tərləri var. 130 kv.m-lik ikimərtəbəli evdən xarabalığı qalıb.

Bu dünyada erməni qədər şərəfsiz, alçaq və vəhşi məxluq yoxdur. Rayonlarımızı xaraba qoyublar erməni terrorçuları".  

Həmin evdən çəkilmiş görüntüləri təqdim edirik:


Oxunma sayı: 2718

Oxşar yazılar