Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb

  • 11:29 - 11 Fevral

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1997-ci il təvəllüdlü Əhmədov Yusif Müşfiq oğlu dava zamanı qasıq nahiyəsindən bıçaqlanıb. Daha sonra 1998-ci il təvəllüdlü Sahil adlı şəxs (soyadı dəqiqləşdirilir) qarnının ön divarından bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti ağırdır. Hazırda  hər ikisi cərrahi əməliyyat olunur.

Faktı Xəzər Rayon Polis İdarəsi araşdırır.


Oxunma sayı: 4302

Oxşar yazılar