Hacıqabulda kürəkənin dəhşətli cinayəti: qayınatasını və qaynını...

  • 00:43 - 10 Fevral

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Abdulabad kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynov və oğlu, 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovla kürəkənləri arasında münaqişə olub. Münaqişə zamanı kürəkən üzərində gəzdirdiyi bıçaqla M.Hüseynovun çənəsinə və G.Hüseynovun isə başına xəsarət yetirib.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və hər ikisi Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4709

Oxşar yazılar