Ordumuzun bölmələri Kəlbəcərdə, Qamışlı yolunda – "Bu yol ağzı aşağı Göyçə istiqamətinə gedir..." – Video

  • 14:01 - 26 Noyabr

Düşmən üçtərəfli razılaşmanın şərtlərinə əsasən noyabrın 25-nə keçən gecə 27 ildən çoxdur işğal altında saxladığı Kəlbəcəri boşaldıb. Və Azərbaycan ordusunun bölmələri dünən iki istiqamətdən Kəlbəcərə daxil olub. Müdafiə Nazirliyinin yaydığı məlumatlarda deyilirdi ki, ordumuzun bölmələri iki istiqamətdən-Göygölün Toğanalı kəndi istiqamətindən (Murov aşırımı) və Daşkəsəndən, çətin keçilən dağ yolları ilə daxil olub.

Avropa.info xəbər verir ki, sosial şəbəkələrdə ordumuzun Kəlbəcərə Murov aşırımından keçməklə daxil olan bölmələrinin əsgərlərinin çəkdikləri videogörüntülər yayılıb. 

Görüntülərdən aydın olur ki, hərbi maşın karvanı artıq Zülfüqarlı, Almalıq və Qamışlı kəndlərindən keçən asfalt yola daxil olub və Ermənistan sərhədi istiqamətində hərəkət edir. Və əsgərlər yol boyu işğalçıların yandırıb, dağıdıb getdikləri evləri, məktəbləri görürlər. “Bu yol üzü o tərəfə Göyçəyə gedir...”,-hərbçilərdən biri kadr arxasından deyir...


Oxunma sayı: 6744

Oxşar yazılar