Şəmkirdə iki avtomobil toqquşdu – Ölən və yaralananlar var

  • 16:15 - 13 Noyabr

Şəmkirdə iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, noyabrın 12-də saat 7 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Tovuz rayon sakini Firuz Rəsulovun idarə etdiyi "VAZ-2107" və Kəlbəcər rayon sakini S.Hüseynovun idarə etdiyi "QAZ-2705" markalı avtomobillər toqquşub.

Nəticədə F.Rəsulov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 2322

Oxşar yazılar