Azərbaycan Ordusu Şuşanın bir neçə kilometrliyindədir - Terrorçu Araik Arutyunyan bəyanat yaydı

  • 19:52 - 29 Oktyabr

"Azərbaycan Ordusu Şuşadan cəmi bir neçə kilometr məsafədədir. Maksimum beş."

Avropa.info xəbər verir ki, b u haqda erməni mediasına açıqlamasında Qarabağ separatçılarının "lideri" terrorçu Araik Arutyunyan deyib. Arutyunyan Azərbaycan Ordusunun Şuşanı azad etmək üzrə olduğunu etiraf edib. 

"Onlar təkcə cəbhə boyu hədələmirlər, həm də Şuşa istiqamətində ciddi hərbi səylər göstərir, nəyin bahasına olursa - olsun Şuşanı almaq istəyirlər".

Qarabağ separatçılarının lideri bütün erməniləri birləşməyə və Şuşanı müdafiə etməyə çağırıb.  


Oxunma sayı: 13124

Oxşar yazılar