Türkiyənin Qarabağ danışıqlarında iştirakı yalnız bu halda mümkündür - Peskov açıqladı

  • 17:11 - 22 Oktyabr

Üçüncü ölkələrin, o cümlədən Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara qoşulması yalnız Ermənistan və Azərbaycanın razılığı ilə mümkündür. 

Avropa.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Üçüncü ölkələrin mövcud həll formatlarında iştirakına gəldikdə, bu, münaqişə iştirakçılarının siyasi iradəsindən bütövlükdə və tamamilə asılıdır. Onların ikisi Azərbaycan və Ermənistandır" - Peskov Türkiyənin Dağlıq Qarabağda həll olunmasına qoşulmasının mümkünlüyü ilə bağlı suala cavab verib. 

Onun sözlərinə görə, nizamlamada iştirak etmək, vasitəçi olmaq yalnız iki tərəfin razılığı ilə mümkündür. 

Peskov etiraf edib ki, münaqişə zonasında sülhə hələ əməl olunmayıb: 

"Hələ demək olmaz ki, atəşkəs, humanitar fasilə barədə əvvəllər əldə edilmiş razılaşmalara əməl olunur. Təəssüf ki, onlara tərəflər riayət etmir" - Kremlin mətbuat katibi bildirib.


Oxunma sayı: 4962

Oxşar yazılar