BMT baş katibindən dünyaya Qarabağ çağırışı

  • 13:24 - 06 Oktyabr

BMT-nin baş katibi Antoniu Quttereş regiona və beynəlxalq oyunçuları Azərbaycan-Ermənistan münaqişəsinin dayandırılması və tez bir zamanda atəşkəsin təmin olunmasına kömək etməyə çağırıb.

Avropa.info xəbər verir ki, bu barədə Quttereşin rəsmi nümayəndəsi Stefan Dyujjarik danışıb.

Quttereş Qarabağdakı qarşıdurmanı qınayıb və mülki ərazilərin atəşə tutulması ilə bağlı barahatlığını dilə gətirib.

"Baş katib münaqişənin hərbi yolla həll olunmadığını təkrarlayır və tərəfləri bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırır" - məlumatda deyilir. 


Oxunma sayı: 5534

Oxşar yazılar