Son dəqiqə: Qırğızıstanda parlament seçkilərinin nəticəsi ləğv olundu

  • 12:39 - 06 Oktyabr

Qırğızıstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrini etibarsız hesab edib.

Avropa.info xəbər verir ki, ilkin məlumatlara görə, paralmentə hökumət tərəfdarı Birimdik (səslərin 24,52%) və Mekenim Qırğızıstan (23,89%), həmçinin Mərkəzçi Qırğızıstan (8,73) və Butun Qırğızıstan (7,1) partiyaları keçib.

Qalanlar partiyalar % 7 baryeri aşmayıb seçkidə çoxsaylı pozuntular olduğu bildirilir. Prezident Sooronbay Jeenbekov seçki prosesi dövründə səslərin satın alınmasının problemə çevrildiyini etiraf edib.

Məğlub olan tərəflərin tərəfdarları küçələrə tökülüb. Partiyalardan birinə Qırğızıstan Sosial Demokratlarına keçmiş prezident Almazbek Atambayevin oğlu Seyitbek Atambayev rəhbərlik edir. Etirazçılar ikinci seçki tələb edirlər.

Qeyd edək ki, axşam təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar başlamışdı. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə 590 nəfər yaralanıb, biri ölüb.

Çərşənbə axşamı gecəsi aktivistlər Ağ Evin binasına soxuldu. Daha sonra keçmiş prezident Atambayevi Milli Təhlükəsizlik Dövlət Komitəsindəki təcridxanadan və keçmiş baş naziri Jantoro Satybaldiyevi koloniyadan buraxıblar.

Nümayişçilər Bişkekin yeni bələdiyyə başçısını da elan etdilər və yeni baş nazir təyin etmək istədiklərini açıqladılar.


Oxunma sayı: 4049

Oxşar yazılar