“Ermənistan Azərbaycan ordusu qarşısında böyük məğlubiyyətə uğradı” – Hulusi Akar

  • 16:56 - 05 Oktyabr

Azərbaycan türkünün haqlı mübarizəsində onun yanındayıq.

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə müdafiə naziri Hulusi Akar Azərbaycanın ordusunun Qarabağda apardığı hərbi əməliyyatlardan danışarkən deyib.

“Sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olmağa davam edəcəyik. Terror təşkilatları ilə belə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan ordusu qarşısında böyük məğlubiyyətə uğrayınca yalanlar uyduraraq “qara piar”a sarıldı. Hamısının da yalan olduğu çox qısa müddətdə ortaya çıxdı. İndi də barbarlıqla, terrorçuluqla mülki əhalinin yaşadığı bölgələri hədəfə götürürlər. Mülki obyektlərdə xeyli sayda günahsız insanın ölümünə səbəb olurlar. Ermənistan mülki şəxsləri hədəfə götürərək, bu formada müharibə cinayətləri törədir. Bunun hər kəs tərəfindən bilinməsi lazımdır.

Uşaq, qadın, yaşlı demədən mülki əhalini açıq şəkildə hədəfə götürən Ermənistan rəhbərliyi başda öz xalqı olmaqla bəşəriyyət vicdanında mütləq mühakimə olunacaq. Bundan kimsənin şübhəsi olsun. Ermənistan daha çox müharibə cinayəti törətmədən işğal etdiyi torpaqları dərhal boşaltmalı, terror təşkilatları ilə əməkdaşlığa son verməli, regiona gətirdiyi muzdlu hərbçiləri, terrorçuları da bir an əvvəl regiondan çıxarmalıdır. Bundan başqa 30 il boyu işğala səssiz qalanlar Ermənistanın bu üzünü görməli və işğal edilən torpaqları həqiqi sahiblərinə verməlidirlər” – Hulusi Akar deyib. 


Oxunma sayı: 10143

Oxşar yazılar