Rusiya, Fransa və ABŞ Qarabağ münaqişəsi ilə bağlı bəyanat hazırlayır – Sergey Lavrov

  • 16:02 - 05 Oktyabr

Rusiya, Fransa və ABŞ XİN-ləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat hazırlayırlar.

Avropa.info xəbər verir ki, bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. 

“Rusiya, Fransa və ABŞ prezidentlərini təmsil edən ATƏT-in Minsk qrupunun həmsədrləri yeni bəyanatla çıxış edib. İndi biz hər üç ölkənin xarici işlər nazirləri adından bəyanat hazırlayırıq” – o, deyib.

Rusiya, ABŞ və Fransa liderləri münaqişə tərəflərini döyüşləri dayandırmağa, ilkin şərtlər olmadan danışıqlara başlamağa çağırıb, ölən və yaralananların ailəsinə başsağlığı diləyiblər.


Oxunma sayı: 9230

Oxşar yazılar