Türkiyə jandarmından uğurlu əməliyyat – Qırmızı və narıncı kateqoriyada olan terrorçular məhv edildi

  • 12:44 - 05 Oktyabr

Türkiyə daxili işlər naziri Soylu Tuncəli vilayətində biri qırmızı, digəri narıncı kateqoriyada olan 2 terrorçunun məhv edildiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Türkiyə DİN-nin verdiyi məlumata görə, terrorçular keçən cümə jandarma və HHQ dəstəyi ilə keçirilən “İldırım-4” əməliyyatı çərçivəsində məhv edilib.

Zərərsizləşdirilən terrorçulardan birinin qırmızı kateqoriyada  yer alan TİKKO (TKP/ML) terror təşkilatının üzvü, terror təşkilatının Tuncəli üzrə koordinatoru Özgür kod adlı Əli Kamal Yılmaz olduğu bildirilir. Terrorçunun təşkilata 2007-ci ildə qoşulduğu, mina və əldəqayırma partlayıcı məsələsində mütəxəssis olduğu qeyd olunur.

Narıncı kateqoriyada olan TKP/ML terror təşkilatının qadın koordinatoru Asmin kod adlı Gökçə Qurban olduğu bildirilir.


Oxunma sayı: 9538

Oxşar yazılar