"Real Madrid"lə "Yuventus" məğlub oldu, "Mançester Siti" və "Lion" 1/4 finalda

  • 01:16 - 08 Avqust

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bu gün bərpa olunub.

Qol.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçirilib.

Fransada "Lion"a 0:1 hesabı ilə uduzan "Yuventus" bu dəfə rəqibi ilə Turində qarşılaşıb. İtaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlsə də, bu, növbəti mərhələ üçün bəs etməyib. "Lion" səfərdə vurduğu qol sayəsində 1/4 finala vəsiqə qazanıb. Gecənin digər görüşündə isə "Mançester Siti" Madrid "Real"ını qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab oyununda da eyni hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.


7 avqust

Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1
Qollar: Depay, 12-pen (0:1), Ronaldo, 43-pen (1:1), 60 (2:1)
İlk oyun - 0:1

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 2:1
Qollar: Sterlinq, 9 (1:0), Benzema, 28 (1:1), Xesus, 68 (2:1)
İlk oyun - 2:1


8 avqust
 

23:00."Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)
İlk oyun - 3:0


1/4 final

12 avqust

23:00."Atalanta" (İtaliya) - PSJ (Fransa)

13 avqust

23:00."Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya)


14 avqust

"Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

15 avqust

"Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.


Oxunma sayı: 8977

Oxşar yazılar