Uhan labaratoriyasından alimlər Qərbə qaçıb, koronavirus haqda sirləri çatdırıb

  • 22:37 - 13 İyul

Çinin Uhan labaratoriyasından alimlər Qərbə təslim olublar və koronavirusun mənşəyi barədə informasiyaları bölüşüblər. Və bunun sayəsində xüsusi xidmət orqanları Çinə qarşı ittihamları qurur.

Virtualaz.org xəbər verir ki, belə sensasion bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Stiv Bennon “The Daily Mirror”a bildirib.

“Onlar hələ KİV-lərə şərh vermirlər, lakin Uhan labaratoriyasından və digər institutlardan adamlar Qərbə sığınıblar və Çinin Kommunist partiyasının günahı barədə sübutları təqdim edirlər. Mən düşünürəm ki, insanlar bunu eşidəndə şoka düşəcəklər”,-Bennon deyib.

 

Onun sözlərnə görə, Qərb xüsusi xidmət orqanlarının Pekinin günahkar olduğuna dair tutarlı sübutları var. Bennon əlavə edib ki, o cümlədən fevralın ortalarından Çindən fərarilik edən alimlər həmin sübutları təqdim ediblər.

Bu arada Honkonqdan olan virusoloq, ABŞ-a qaçmış doktor Li-Men Yan “Fox News”-a müsahibəsində Çin hakimiyyətinin koronavirusun təhlükəsi haqda həqiqətləri gizlətdiyini deyib. O bidirib ki, özü də bu haqda danışdığı üçün “yoxa çıxan alimlərdən” ola bilərdi.

Virusoloq deyir ki, Çin hakimiyyəti koronavirusun təhlükəsi haqda bu haqda rəsmən elan etməzdən çox əvvəl bilirdi. Çinin xəstəliklərə nəzarət və profilaktika Mərkəzindən olan alimlərdən biri virusun insandan insana keçə biləcəyini Pekinin və ÜST-nin bu haqda elan etməsindən xeyli əvvəl sübut etmişdi. Lakin həkimlərə bu haqda danışmağı qadağan ediblər. “Əvvəllər virus haqda açıq müzakirə aparan həkimlər birdən susdular, pıçıltı ilə dedilər ki, biz daha bu haqda danışa bilmərik, amma maska taxmalıyıq”,-doktor Yan bildirib.

Virtualaz.org


Oxunma sayı: 7184

Oxşar yazılar