Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsili üçün təqaüd proqramları təsis ediləcək

  • 22:40 - 02 İyun

Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək.  

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da əksini tapıb.  

Sənədə əsasən, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi məqsədilə dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığının təşviqi təmin olunmalıdır.


Oxunma sayı: 4819

Oxşar yazılar